Bank Of Baku

Parisdə YUNESKO-nun İcra Şurasının 179-cu sessiyası keçirilir

Parisdə YUNESKO-nun İcra Şurasının 179-cu sessiyası keçirilir
# 01 aprel 2008 11:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Parisdə YUNESKO-nun İcra Şurasının 179-cu sessiyası keçirilir. APA-nın məlumatına görə, sessiya aprelin 17-nə kimi davam edəcək. Sessiyanın gündəliyində duran əsas məsələlər - təhsil, elm və mədəniyyət mövzusunda aktual məsələlərə aid “Hamıya təhsil” proqramının həyata keçirilməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinin qeyd olunması, yerli xalqların və ölməkdə olan dillərin qorunması, dünya təbii və mədəni irsinin qorunması, BMT tərəfindən 2011-ci ilin Beynəlxalq Kimya İli elan olunması məsələləri daxildir. Ölkəmizi sessiyada Azərbaycanın YUNESKO-dakı səfiri Eleonora Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR