Bank Of Baku

Gəncə Dövlət Kukla Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edəcək

Gəncə Dövlət Kukla Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edəcək
# 04 aprel 2008 09:29 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə Dövlət Kukla Teatrı Kiyevdə keçiriləcək X Beynəlxalq Teatr və İncəsənət Festivalında iştirak edəcək. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, festivalda Gəncə Dövlət Kukla Teatrının kollektivi Rəhman Əlizadənin Azərbaycan folklor nümunələri əsasında yazdığı “Keçəlin toyu” tamaşasını nümayiş etdirəcəklər. Bu tamaşanın motivləri Novruz adət-ənənəsi üzərində qurulub. Hal-hazırda Gəncə Dövlət Kukla Teatrının kollektivi tamaşanın son məşqlərini edirlər. Qeyd edək ki, 15-dən artıq ölkənin qatılacağı festivala Azərbaycandan yalnız Gəncə Dövlət Kukla Teatrı qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR