Bank Of Baku

Sumqayıtda Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş kompleks tikiləcək

Sumqayıtda Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş kompleks tikiləcək
# 15 aprel 2008 10:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sumqayıtda Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş kompleksinin tikilməsi nəzərdə tutulur. Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, kompleks Hacı Zeynalabdin qəsəbəsində ucaldılacaq. Artıq kompleksin yerləşdiyi ümumi sahəsi 300 m təşkil edən ərazi daş hasara alınıb. Abidənin tikintisi məqsədilə şairin doğma vətəni olan Xızı rayonunun Sayalı kəndindən xüsusi daşlar gətirilib. Hazırda həmin ərazinin tamet daş örtüyü ilə döşənilməsi işləri həyata keçirilir. Daha sonra isə xatirə memorialının yerləşdiyi sahənin müxtəlif növ ağac və dekorativ kollarla bəzədilməsi, oturacaqlarla təmin edilməsi nəzərdə tutulub. Qeyd edək ki, kompleksin tikinti işlərinin aprelin sonunda başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR