Bank Of Baku

Azərbaycanda “Aşıq Ələsgər günləri: saz və söz bayramı” adlı tədbir keçirilib

Azərbaycanda “Aşıq Ələsgər günləri: saz və söz bayramı” adlı tədbir keçirilib
# 15 aprel 2008 16:16 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə “Aşıq Ələsgər günləri: saz və söz bayramı” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə ya AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov açaraq, Azərbaycan aşıq məktəbindən və onun görkəmli nümayəndələrindən danışıb. Saz və söz bayramı Aşıq Oqtay, Aşıq Mahmud, Aşıq Fəzail, Aşıq Altay, eləcə də Şirvan aşıq qruplarının ifası ilə davam edib. İran aşıqları və “İrs” folklor ansamblının ifasında Güney Azərbaycanın aşıq sənətindən, folklor yaradıcılığından nümunələr oxunub. Azərbaycanda IV dəfə təşkil olunan Aşıq Ələsgər günləri bu gün başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR