Bank Of Baku

Aprel 20-23-də Azərbaycanda Misir Mədəniyyət Günləri keçiriləcək

Aprel 20-23-də Azərbaycanda Misir Mədəniyyət Günləri keçiriləcək
# 17 aprel 2008 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Aprel 20-23-də Azərbaycanda Misir Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, mədəniyyət günləri aprelin 20-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Abdel Noeranın və “Tannura” rəqs qruplarının konsert proqramı ilə açılacaq. Mədəniyyət günləri çərçivəsində həmin gün Bədii Sərgi Salonunda Misir rəssamlarının əsərlərindən ibarət sərginin açılış mərasimi keçiriləcək. Aprelin 22-də isə Misir incəsənət ustaları Sumqayıt şəhərinin Dövlət Musiqili Dram Teatrında konsert proqramı ilə çıxış edəcəklər. Misir incəsənət ustaları səfər müddətində Dövlət Uşaq Filarmoniyasında və Bakı Xoreoqrafiya Məktəbində görüşlər keçirəcək və konsert proqramı ilə çıxış edəcək. Qeyd edək ki, Azərbaycanda Misir Mədəniyyət Günləri Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında mədəni əməkdaşlıq haqqında hökumətlərarası Sazişə uyğun olaraq həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR