Bank Of Baku

Moskvada azərbaycanlı rəssam Əşrəf Muradoğluna həsr olunmuş kitab nəşr edilib

Moskvada azərbaycanlı rəssam Əşrəf Muradoğluna həsr olunmuş kitab nəşr edilib
# 23 aprel 2008 12:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskvada tanınmış azərbaycanlı rəssam Əşrəf Muradoğlunun (1925-1979) yaradıcılığına həsr olunmuş “Əşrəf Murad. Magik realizm” kitabının təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın UNESCO-dakı keçmiş səfiri Ramiz Abutalıbov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova, Rusiya Dövlət Müasir İncəsənət mərkəzinin bədii rəhbəri Leonid Bajanov, professor Yevgeni Popov və digər şəxslər iştirak ediblər. Müəllifi və tərtibatçısı Rusiyanın əməkdar incəsənət xadimi Qriqori Anisimov olan kitabda onun Ə. Murad haqqında vaxtaşırı yazdığı məqalələr, rəssamın yaradıcılığı haqqında müxtəlif dövrlərdə yazılmış digər yazılar toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR