Bank Of Baku

“Azərbaycan rəngkarlığının antalogiyası” kitabının təqdimatı keçirilib

“Azərbaycan rəngkarlığının antalogiyası” kitabının təqdimatı keçirilib
# 29 aprel 2008 15:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Heydər Əliyevin 85 illiyinə həsr edilmiş “Azərbaycan rəngkarlığının antalogiyası” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov antalogiyanı Azərbaycanın mədəni həyatında yeni ucaldılan abidə adlandırıb. O bildirib ki, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bu cür layihələr incəsənətin inkişafına təkan verir. R. Hüseynov H. Əliyevin Azərbaycan rəssamlığının inkişafı üçün gördüyü işlərdən də danışıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə deyib ki, Azərbaycan mədəniyyəti H. Əliyev hakimiyyətə yenidən qayıtdıqdan sonra daha da inkişaf etməyə başlayıb. O, son 15 ili Azərbaycan mədəniyyətinin intibah dövrü adlandırıb.
Qeyd edək ki, “Azərbaycan rəngkarlığının antologiyası” kitabının müəllifi Çingiz Fərzəliyevdir. Kitabda müxtəlif dövrlərdə yaşayan Azərbaycan rəssamlarının əsərləri toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR