Bank Of Baku

London Universitetinin Şərq ölkələri və Afrika Tədqiqatlar Məktəbində Səbinə Rakçeyevanın rəhbərliyi etdiyi trionun çıxışı olub

London Universitetinin Şərq ölkələri və Afrika Tədqiqatlar Məktəbində Səbinə Rakçeyevanın rəhbərliyi etdiyi trionun çıxışı olub
# 30 aprel 2008 12:11 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Aprelin 29-da London Universitetinin Şərq ölkələri və Afrika Tədqiqatlar Məktəbində konsert keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, konsertdə azərbaycanlı Səbinə Rakçeyevanın rəhbərliyi etdiyi trio “Sarı gəlin” mahnısını, “Hicaz” muğamını səsləndiriblər. S. Rakçeyeva həmçinin özünün bəstələdiyi “Düşüncələr” kompozisiyasını da ifa edib. Konsertdə Londonda yaşayan müxtəlif Şərq xalqlarının nümayəndələri, KİV təmsilçiləri, institutun müəllim-tələbə heyəti iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR