Bank Of Baku

Xalq artisti Səfa Qəhrəmanov vəfat edib

Xalq artisti Səfa Qəhrəmanov vəfat edib
# 05 may 2008 15:15 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin məbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, 59 yaşında dünyasını dəyişən S. Qəhrəmanov mayın 6-da anadan olduğu Ağcabədi rayonunun Minaxorlu kəndində dəfn olunacaq.
Qeyd edək ki, Səfa Qəhrəmanov 1949-cu il martın 30-da anadan olub. 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədənimaarif işi fakültəsini bitirib. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. Muğam ustası kimi tanınan Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi. Teatrdakı on altı illik fəaliyyəti ərzində bir sıra milli operalarda - Ü. Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun, İbn Səlam, Məcnunun atası, M Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Şeyx, V. Adıgözəlovun “Natəvan” operasında xanəndə, Niyazinin “Rast” baletində xanəndə kimi obrazlar yaradıb. Səfa Qəhrəmanov 2000-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR