Bank Of Baku

Sevda Məmmədəliyeva Avropa Şurası mədəniyyət üzrə rəhbər komitəsinin bürosuna üzv seçilib

Sevda Məmmədəliyeva Avropa Şurası mədəniyyət üzrə rəhbər komitəsinin bürosuna üzv seçilib
# 07 may 2008 15:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 5-6-may tarixlərində Avropa Şurasının mədəniyyət üzrə rəhbər komitəsinin iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi intiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında nümayəndə heyəti iştirak edib. İclasda Bakıda keçiriləcək Avropa Şurasının mədəniyyət nazirlərinin konfransı, regional proqramlar (Kiyev təşəbbüsü, Cənub-şərqi Avropa Regional proqramları) və digər məsələlər müzakirə olunub. Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru Robert Palmer konfransın təşəbbüskarı olan Azərbaycan hökumətinə öz təşəkkürünü bildirib: “Avropa Şurasının mədəniyyət nazirlərinin Bakıda keçiriləcək konfransı ilə müasir beynəlxalq mədəni proseslərdə yeni bir təşəbbüsün - Bakı Prosesinin əsasını qoymuş olarıq. Konfransın Avropa ilə qonşu regionlar arasında mədəniyyətlərarası dialoqun inkişafı üçün əhəmiyyətini və bu prosesdə Azərbaycanın Şərq və Qərb arasında körpü rolunu nəzərə alaraq Avropa Şurasının baş katibi Terri Devis sözügedən tədbirdə iştirak etməyə razılıq verib”. İclasda həmçinin AŞ Mədəniyyət üzrə Rəhbər Komitəsinin bürosuna seçkilər keçirilib. Nazir müavini Sevda Məmmədəliyeva 2008-2010-cu illər üçün büronun üzvi seçilib. Qeyd edək ki, büro sədr, müavin və altı üzvdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR