Polad Bülbüloğlu: “Respublika Günü ərəfəsində Moskvada “Hökmdarın taleyi” filminin geniş təqdimatına hazırlaşırıq”
- Qarabağ mövzusu mənim üçün müqəddəs olduğundan Elçin Əfəndiyevin “Hökmdarın taleyi” filminə musiqi bəstələməyim barədə etdiyi təklif elə bil ürəyimdən oldu. Cənnət Qarabağın suyunu içən, gözəl havasını udan, uşaqlığının ən unudulmaz çağlarını burada yaşayan bir insan kimi həmin mövzuya çəkiləcək film üçün musiqi bəstələmək təklifinə biganə yanaşa bilməzdim. Qeyd etməliyəm ki, “Hökmdarın taleyi” filmi böyük öndər Heydər Əliyevin müvafiq sərəncamı əsasında həyata vəsiqə qazanıb. Görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi ilə mən yaxşı tanış idim. Milli dram teatrımızda göstərilən bu tamaşaya dəfələrlə baxmışam. Elçin müəllim kino ssenarisi üzərində işləyəndə mən, demək olar ki, bu filmin istehsalata buraxılması üçün əlimdən gələni etmişəm. Açığını desəm, artıq 1982-ci ildən həmin dövrədək kino musiqisi yazmaqdan, bir növ uzaqlaşmışdım. “Babək” kimi, “Qorxma mən səninləyəm” kimi böyük iki serialı filmlərdən sonra ara-sıra filmlərə musiqi yazmaqdan çəkinirdim. Bütün bunlardan artıq 25 il keçib. Lakin indi fəxr edirəm ki, xalqımız tərəfindən çox sevilən, zamanın sınağından uğurla keçən və Azərbaycan kinosu üçün böyük məna daşıyan filmlərin bəstəkarı mən olmuşam. İnanıram ki, “Hökmdarın taleyi” filminin də taleyi uğurlu olacaq və bu film həmin sıralara daxil ediləcək. Filmdə bir saatdan artıq musiqi səslənir. Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda texniki baxımdan belə səviyyədə film ilk dəfə çəkilib. Ən müasir texnoloji sistemlərin tətbiqi ilə kompüter texnikasının imkanlarından lazımınca istifadə filmin yüksək keyfiyyətindən xəbər verir. Təkcə onu qeyd etmək kifayətdir ki, ilk dəfə olaraq ölkəmizin kino sahəsində musiqi yazılışı “5+1” Dolbi Stereo sisteminin tətbiqi, ən müasir kompüter proqramlarından istifadə ilə aparılıb.
- Filmin yaradıcı heyəti Sizi nə dərəcədə qane edir?
- İlk növbədə filmin prodüseri Vaqif Əsədullayevi xüsusi qeyd etmək istərdim. O, yüksək peşəkar, öz sənətinə-işinə bütün varlığı ilə bağlı olan, ən əsası isə Azərbaycanı qəlbən sevən bir insandır. Müasir dövrdə tarixi film çəkmək çox çətindir. Kütləvi səhnələr, qədim geyimlər, atlılar, hücumlar və bu kimi çoxsaylı səhnələri təşkil etmək müşkül məsələdir. Bütün bunlar üçün böyük təşkilatçılıq qabiliyyəti lazımdır. “Azərbaycanfilm” kinostudiyası texniki cəhətdən çox geridə qaldığından bu film üçün əsas işlər “Mosfilm” kinostudiyasının bazasında aparılıb. Tatar mənşəli Dilşad Fatxulin peşəkar operator kimi Rusiyada çox yaxşı tanınır. Artıq 30-a qədər filmin operatoru olub. Dilşad bizim ölkəmizə daim hörmət bəsləyən bir adam kimi filmin yüksək səviyyəli çəkilişlərini aparıb. Əsas rolun ifaçısı Fəxrəddin Manafov isə İbrahim xan rolunda oynayarkən onun dərin kədərini böyük ustalıqla göstərib, çəkilişin sonunadək qəlbi xanın qəlbi kimi döyünüb. Artıq demək olar ki, bu gün Fəxrəddin Azərbaycan kino sənətinin ən görkəmli aktyorlarından biridir. Yeri gəlmişkən bir məsələyə də toxunmaq istərdim. Filimin kütləvi xarakter səhnələrində, Gəncəyə hücum epizodlarında əsl həyati səhnələrin çəkilişi yüksək səviyyəli peşəkarlıqla aparılıb. Hətta o zamanın topları yenidən hazırlanıb, top atəşlərinin məhz elə gerçəkdən atılmasına üstünlük verilib, bir çox hallarda kompüter qrafikası tətbiq edilib. Təbii ki, bunlar üçün bütün yaradıcı qrupun yüksək peşəkarlığı tələb olunur.
- Azərbaycanın Rusiyadakı səfirliyi Qarabağın tarixindən bəhs edən bu filmin Moskvada təqdimatını nəzərdə tuturmu?
- Bilirsiniz, ən böyük Azərbaycan diasporunun cəmləşdiyi məkan Rusiya Federasiyasıdır. Təbii ki, mədəni diplomatiyanın bütün imkanlarından səmərəli istifadə bu ölkədəki Azərbaycan səfirliyinin qarşısında duran vacib məsələlər sırasına daxildir. Biz, 28 may
Respublika Günü ərəfəsində Moskvada “Hökmdarın taleyi” filminin geniş təqdimatına hazırlaşırıq. Əminəm ki, həmin təqdimat yüksək səviyyədə keçəcək və Qarabağın acı taleyi geniş ictimaiyyətə lazımınca çatdırılacaq.
- Yaradıcılığınız səfir kimi fəaliyyətinizə mənfi təsir göstərirmi?
- Məlum olduğu kimi, Moskva şəhəri dünya siyasətinin “mətbəxlərindən” biridir. Burada 24 saat siyasi həyat qaynayır. Təbii ki, belə şəraitdə yaradıcılığa vaxt qalmır. Lakin, “Hökmdarın taleyi” filminin çəkilişi üzün müddət davam etdiyindən, yalnız yuxusuz gecələrin, bayram və hərdən olan istirahət günlərinin hesabına bu məsuliyyətli işin öhdəsindən gələ bilmişəm.
- İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesinin ekranlaşdırılması nəzərdə tutulur. Bu filmə musiqi yazmağınız nə dərəcədə realdır?
- Bununla bağlı heç nə deyə bilmərəm. Ən azı ona görə ki, mənə hələlik belə bir təklif edilməyib. Əgər müraciət olunarsa, ilk növbədə vaxt imkanlarını nəzərdən keçirməliyəm. Çünki, hal-hazırda mənim üçün bu, ən əsas meyardır.
- Azərbaycan mədəniyyətinin Rusiyada təbliği ilə bağlı hansı yeni layihələrin icrası nəzərdə tutulur?
- Layihələr və nəzərdə tutulan mədəni tədbirlərimiz çoxdur. Azərbaycan mədəniyyətinin lazımi səviyyədə Rusiya ictimaiyyətinə daim çatdırılması kimi əhəmiyyətli bir işdə Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əlaqəli fəaliyyət həyata keçiririk. Yaxın gələcəkdə Moskvada Spivakovun keçirdiyi uşaq festivalında Azərbaycandan olan bir qrup istedadlı gənc ifaçılar iştirak edəcəklər. Gənc Tamaşaçılar Teatrının rus qrupunun Dubna şəhərində çıxışının təşkili, Azərbaycanın tanınmış dirijoru Rauf Abdullayevin Moskva Konservatoriyasının böyük zalında çıxışı və bu kimi digər layihələrin reallaşdırılması üçün əlaqələndirici və təşkilatı işlər görülür. Görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubiley tədbirləri çərçivəsində Rusiyanın böyük simfonik orkestri ilə danışıqlar aparılır. Ümumiyyətlə isə, səfirlik tərəfindən mədəni layihələrin reallaşdırılması üçün mütəmadi olaraq lazımı tədbirlər həyata keçirilir.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
Rəsmi Moskva: Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur