Əbülfəs Qarayev: “Ümumdünya Turizm Təşkilatı Şuşanı yalnız Azərbaycanın torpağı kimi tanıyır”
08 may 2008 10:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Ümumdünya Turizm Təşkilatı Şuşanı yalnız Azərbaycanın torpağı kimi tanıyır. Bu isə o deməkdir ki, ermənilər gözəl bir təbiəti olan Şuşadan turizm məqsədi ilə istifadə edə bilməzlər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir 16 ildir işğal altında olan Şuşanın Azərbaycanın sağalmaz yarası olduğunu bildirib: “Burada heç bir turizm potensialından danışmaq mümkün deyil. Çünki dünya ictimaiyyəti bilir ki, bu, işğal altında olan torpaqlardır. Bu cür addımlar ermənilər tərəfindən daim həyata keçiriləcək. Ona görə ki, biz bu gün mədəniyyət sahəsində gedən müharibənin içindəyik. Bu gün Şuşanın işğal günüdür. 16 ildir ki, Şuşasızıq və hər bir azərbaycanlının bir ümidi var ki, Azərbaycanın bayrağı mütləq Şuşada dalğalanacaq”.
İncəsənət
“Gəncə və gəncəlilər” layihəsi Qəmbər Hüseynlinin xatirəsinə həsr olunacaq
20:31
26 may 2024
77-ci Kann Film Festivalının qalibləri bəlli olub - FOTO
03:25
26 may 2024
Mədəniyyət Nazirliyi Tofiq Mövləvinin vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
17:05
24 may 2024
Aşıq Şəmşirə həsr olunmuş "Musiqi Kimliyimiz" layihəsi başa çatıb - FOTO
21:02
23 may 2024