Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin son bir ildəki fəaliyyətinə həsr olunmuş “Mədəniyyət” kataloqu işıq üzü görüb

Mədəniyyət və Turizm Nazirliyinin son bir ildəki fəaliyyətinə həsr olunmuş “Mədəniyyət” kataloqu işıq üzü görüb
# 08 may 2008 14:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin son bir ildəki fəaliyyətinə həsr olunmuş “Mədəniyyət” kataloqu işıq üzü görüb. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, kataloq üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunub. Kataloqda mədəniyyətin ayrı-ayrı istiqamətlərinə həsr olunmuş materiallar, Azərbaycan turizmi haqqında ətraflı informasiyalar yer alıb. Kataloqdakı məqalələr Rəhman Bədəlov, Məryəm Əlizadə, Aydın Talıbzadə, Niyazi Mehdi, Ülvi Mehdi, Teymur Daimi və diglərləri tərəfindən qələmə alınıb. Kataloqun baş redaktoru Leyla Əfəndiyevadır. Kataloqda uşaq yaradıcılığı, mədəniyyət sferasındakı problemlər, xaricdə təşkil olunan ən yaxşı konsert və sərgilər, nəşriyyat problemləri, balet, həmçinin modelyer Fəxriyyə Xələfovanın yaradıcılığı haqqında məqalələr dərc olunub.
Müasir stildə və tərtibatda nəşr olunan kataloqda Azərbaycanın ən yaxşı fotoqraflarının mədəniyyətimizlə bağlı çəkdikləri fotolar və ayrı-ayrı məqalələr üçün illüstrasiyalar da yer alıb. İ. Hümbətov deyib ki, bundan sonra bu kataloq ildə bir dəfə çap olunacaq. Mayın 12-də Muzey Mərkəzində “Mədəniyyət” kataloqunun ilk buraxılışının təqdimat mərasimi keçriiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR