Bank Of Baku

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatı tərəfindən yaradılan reyd qrupda təmsil olunur

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatı tərəfindən yaradılan reyd qrupda təmsil olunur
# 17 may 2008 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatı tərəfindən yaradılan reyd qrupda təmsil olunur. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Ə. Qarayev deyib. Onun sözlərinə görə, yenicə yaradılan reyd qrupun əsas məqsədi ölkələrdə turizmi inkişaf etdirməkdir: “Yaradılan reyd qrupda cəmi 8 ölkənin nümayəndəsi təmsil olunub və bu qrupa mənim də seçilməyim Azərbaycan turizminə müsbət təsirini göstərəcək. Qrupun keçirdiyi hər bir görüşdə mən Azərbaycanın mövcud problemlərini və bədnam qonşularımız tərəfindən torpaqlarımızın işğal olunduğunu bildirəcəyəm. Bu hər birimizin bir vətəndaş kimi borcudur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR