Bank Of Baku

Azərbaycanlı rəssam Beynəlxalq Plastik Sənətçilər Assosiasiyası İdarə Heyətinin üzvü seçilib

Azərbaycanlı rəssam Beynəlxalq Plastik Sənətçilər Assosiasiyası İdarə Heyətinin üzvü seçilib
# 19 may 2008 10:54 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Bazar günü İstanbulda Beynəlxalq Plastik Sənətçilər Assosiasiyasının növbəti qurultayı keçirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, qurultayda çıxış edən assosiasiyanın sədri, tanınmış rəssam Bədri Baykam Ədalət və İnkişaf Partiyası (AKP) hökumətini Türkiyəni qaranlığa doğru sürükləməkdə günahlandıraraq ziyalı təşkilatlarını hökumətə qarşı sərt mübarizəyə çağırıb. İki namizədin yarışdığı sədr seçkisində B. Baykam səs çoxluğu ilə yenidən assosiasiyanın sədri seçilib. B. Baykamın qurultaya təqdim etdiyi İdarə Heyətinə namizədlər siyahısında azərbaycanlı rəssam, İstanbuldakı Yedditəpə Universitetinin müəllimi Rafiq Novruzoğlu da var. Mərkəzi İstanbulda yerləşən Beynəlxalq Plastik Sənətçilər Assosiasiyası UNESCO-nun bölgədə rəsmən tanıdığı yeganə bu tipli təşkilat sayılır. Assosiasiyanın Türkiyə Milli Komitəsinin sədri eyni zamanda Şərqi Avropa ölkələrini təmsil edir. Bu ölkələr arasında Azərbaycan, Gürcüstan və Rusiya da var.
1953-cü ildə Göyçay rayonunda anadan olan Rafiq Novruzoğlu (Əzizov) Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini və N. Tusi adına Pedaqoji Universiteti bitirib. Bir müddət Azərbaycanın dövlət qurumlarında çalışıb. İstanbuldakı Yedditəpə Universiteti Qurucular Heyətinin sədri Bədrəddin Dalanın təşkilatçılığı ilə 1992-ci ildə Xocalı şəhidlərinin ailəsindən olan 10 uşağı təhsil almaq üçün İstanbulda gətirib. Yedditəpə Universitetinin yaradıldığı 1996-cı ildən bəri orada müəllim işləyir. Türkiyədə dissertasiya müdafiə edərək sənətşünaslıq doktoru elmi dərəcəsi alıb. Xocalı və Qarabağ mövzusunda dəfələrlə fərdi və qrup sərgiləri açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR