Bank Of Baku

Bu aydan etibarən yaşlı və gənc yazıçı, rəssam və bəstəkarlara təqaüdlərin verilməsinə başlanacaq

Bu aydan etibarən yaşlı və gənc yazıçı, rəssam və bəstəkarlara təqaüdlərin verilməsinə başlanacaq
# 23 may 2008 10:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində yaşlı və gənc yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüdlərin verilməsi ilə bağlı Təqaüd Fondu yaradılıb. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq yaradılan fond Mədəniyyət və Turizm Nazirliyi tərəfindən idarə olunur. Onun sözlərinə görə, 70 yazıçı (50 yaşlı, 20 gənc), 70 rəssam (50 yaşlı, 20 gənc) və 30 bəstəkar (20 yaşlı, 10 gənc) bu təqaüdə layiq görülüb. Bir il müddətində yaşlı nəslin nümayəndələri 300, gənclər isə 200 manat məbləğində təqaüd alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR