Bank Of Baku

Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rəsm sərgisi keçirilir

Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rəsm sərgisi keçirilir
# 01 iyun 2008 08:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycanın Ombudsman Aparatı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Mən və hüquqlarım” mövzusunda Bakıda rəsm sərgisi təşkil edib. Aparatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərgi Azərbaycan Qadın və İnkişaf Mərkəzinin Uşaqdan-Uşağa Sülh Şəbəkəsi ilə birlikdə R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində keçirilib.
Sərgidə məqsəd uşaqlara hüquqlarını izah etmək, onları hüquqi cəhətdən maarifləndirmək, vətənpərvərlik ruhunda tərbiyə etmək, dünyagörüşlərinin zənginləşməsinə nail olmaqdır. Sərginin açılış mərasiminə dövlət və qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar, səfirliklərin nümayəndələri iştirak ediblər. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova sərginin açılış mərasimində çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətində uşaqların hüquqlarının müdafiəsinin mühüm yer tutduğunu deyib. Ombudsman sərgidə Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin yetirmələrinin, həmçinin Bakı şəhər məktəblilərinin, uşaq yaradıcılıq mərkəzləri üzvlərinin, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların rəsmlərinin nümayiş etdirildiyini bildirib.
Sərgidə Həyat Əliyeva və Nərminə Quliyeva I yer, Aysun Hadızadə və Emin Məmmədov II yer, Murad Yüzbaşov və Səbinə Popova III yerə layiq görülüblər. Ombudsman onlara sertifikatlar və pul mükafatları təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR