Bank Of Baku

“Kulturoloqların I Beynəlxalq Bakı Forumu” keçiriləcək

“Kulturoloqların I Beynəlxalq Bakı Forumu” keçiriləcək
# 04 iyun 2008 14:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İyunun 6-da Muzey Mərkəzində “Kulturoloqların I Beynəlxalq Bakı Forumu” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, forumun keçirilməsində məqsəd Azərbaycanda mədəniyyətin təbliği, təşviqi, qorunması və elmi tədqiqatların inkişafını təmin etməkdir. Forumda Fransanın, Almaniyanın, Rusiyanın, Qazaxıstanın və Gürcüstanın tanınmış alimləri iştirak edəcək. Tədbirdə qonaqlarla yanaşı yerli alimlərin məruzələri səsləndiriləcək. Forumun əsas mövzusu “Mədəniyyət siyasətinin sosial əhəmiyyəti”dir. Qeyd olunan mövzu çərçivəsində mədəniyyətin sosial təzahür formaları, mədəniyyətin siyasi potensialları, cəmiyyətin mütərəqqi qüvvələrinin səfərbər olunmasında mədəniyyətin rolu və bu kimi məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR