Gəncə Dövlət Filarmoniyasında "İntizar” operası təqdim olunub

Gəncə Dövlət Filarmoniyasında "İntizar” operası təqdim olunub
# 18 iyun 2024 16:15 (UTC +04:00)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş səyyar plenumu başa çatıb.

Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən xəbərə görə, sonuncu gün Gəncə Dövlət Filarmoniyasının səhnəsində librettosu filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya məxsus, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin “İntizar” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Tural Ağasıyev, solistlər Taleh Yahyayev, Fəhmin Əhmədlinin iştirakı ilə təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR