Gəncə Filarmoniyasında Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş növbəti konsert olub

Gəncə Filarmoniyasında Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş növbəti konsert olub
# 17 iyun 2024 14:20 (UTC +04:00)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş səyyar plenum davam edir.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, plenumun ikinci günü Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Kamera musiqisi konserti baş tutub.

Qara Qarayevin "Prelüdlər", “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində” romansları, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, Firəngiz Əlizadənin “İmpuls”- violin və piano üçün pyes, Oqtay Zülfüqarovun "Skertso", Lalə Cəfərovanın romansları, Ayaz Qəmbərlinin “Hüzn” pyesi səsləndirilib. Konsert proqramında Əməkdar artist Fəridə Məmmədova, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Cəfərova, Beynəlxalq müsabiqələr laureatları Zakir Əsədov, Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Orxan Hüseynov (violonçel) iştirak ediblər.

Sonda görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletindən Rəqs səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR