Bank Of Baku

KİV: "Oskar" mərasimini 20 milyona yaxın insan izləyib - REKORD

KİV: "Oskar" mərasimini 20 milyona yaxın insan izləyib - REKORD
# 12 mart 2024 06:24 (UTC +04:00)

96-cı Amerika Kino Akademiyası Mükafatları - "Oskar" mərasiminin yayımını son dörd ildə rekord sayda - 19 milyon 500 min insan izləyib.

APA xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.

Bu il mərasim Şərqi Sahil vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 11 mart 03:00), yəni əvvəlki illərdən bir saat tez başlayıb. Veriliş ABC telekanalı tərəfindən yayımlanıb.

2021-ci ildə mərasimə baxış ən aşağı səviyyədə olub.

Həmin vaxt mükafatın təqdimat mərasimini 10 milyon 400 min insan izləyib.

"Variety" bunu COVID-19 pandemiyasının təsiri ilə əlaqələndirir.

2022-ci ildə tamaşaçıların sayı 16 milyona 600 minə, 2023-cü ildə isə 18 milyon 800 minə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR