"Novruz görüşləri" adlı ustad dərslərinə start verilib

"Novruz görüşləri" adlı ustad dərslərinə start verilib
# 05 mart 2024 10:10 (UTC +04:00)

Mədəniyyət Nazirliyi “Novruz görüşləri” adlı ustad dərslərinə start verib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşlərin keçirilməsində əsas məqsəd musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.

Belə ki, tanınmış və sahəsi üzrə peşəkar şəxslərin Bakının məşhur tarixi binalarında gənclərlə ustad dərsi və interaktiv müzakirə formatında görüşlərinin təşkil edilməsi nəzərdə tutulub.

“Novruz görüşləri”ndə tamaşaçı kimi iştirak qeydiyyat linki vasitəsilə aparılır. Maraqlanan iştirakçılar aşağıda göstərilən linki vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, görüşlərin mart ayının 5-20-si aralığında, novruz bayramı ərəfəsində keçirilməsi planlaşdırılır. Məkan və tarix barədə məlumatlar qeydiyyatdan uğurlar keçən şəxslərə əvvəlcədən göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR