Bank Of Baku

Professor Aida Tağızadə 91 yaşında vəfat edib

Professor Aida Tağızadə 91 yaşında vəfat edib
# 06 avqust 2025 11:16 (UTC +04:00)

Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə 91 yaşında vəfat edib.

Bu barədə APA-ya musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə məlumat verib.

O bildirib ki, mərhum alim bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Aida Zeynal qızı Tağızadə 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olub. O, 1958-ci ildən Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərib. 1996–2007-ci illərdə fəaliyyətini Türkiyənin Ankara Bilkənd Universitetində davam etdirib. Bir neçə monoqrafiya, 100-ə yaxın məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR