Şəfiqə Məmmədova birləşmiş kino ittifaqının sədri postuna namizəddir

Şəfiqə Məmmədova birləşmiş kino ittifaqının sədri postuna namizəddir
# 21 fevral 2024 15:05 (UTC +04:00)

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ARKİ-dən məlumat verilib.

"Konfransda sədrlik postuna digər namizədlərin olması istisna deyil", - sorğuya cavabda deyilir.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı 5 mart tarixində keçiriləcək. O hazırda ARKİ-nin sədridir. AKİ-nin namizədi isə hazırda İttifaqın sədri olan Xalq artisti Rasim Balayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR