Bank Of Baku

Stradivarinin skripkası 11,25 milyon dollara satılıb

Stradivarinin skripkası 11,25 milyon dollara satılıb
# 08 fevral 2025 03:32 (UTC +04:00)

İtalyan skripka ustası Antonio Stradivarinin (1644-1737) skripkası Nyu Yorkda “Sotheby's” hərracında 11,25 milyon dollara satılıb.

APA “Associated Press”ə istinadən xəbər verir ki, hərrac 8 milyon dollardan başlayıb, lakin bu məbləğ saniyələr ərzində artıb.

Məlumata görə skripkanın alıcısı anonim qalmaq istəyib.

1714-cü ildə hazırlanan "Joachim-Ma" skripkası Stradivarinin qızıl dövrünə təsadüf edib.

Alət öz adını iki görkəmli keçmiş sahibindən, virtuoz Cozef Yoahimdən (1831-1907) və Çinli skripkaçı və müəllim Ma Sihongdan (1925-2009) götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR