Türkiyənin təşəbbüsü ilə müqəddəs kitablarla bağlı BMT qərarı UNESCO-ya əlavə edilib

Türkiyənin təşəbbüsü ilə müqəddəs kitablarla bağlı BMT qərarı UNESCO-ya əlavə edilib
# 22 mart 2024 17:18 (UTC +04:00)

Türkiyənin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) müqəddəs kitablarla bağlı qərarı UNESCO-nun qərarına əlavə edilib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının qətnaməsi müqəddəs kitablara qarşı cinayətləri beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.

Bu qətnamə bundan sonra BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) irqçilik, ayrı-seçkilik və nifrətlə bağlı qətnaməsində də öz əksini tapacaq.

Xatırladaq ki, 2023-cü ilin iyulunda BMT Baş Assambleyası Mərakeşin təqdim etdiyi qətnaməni yekdilliklə qəbul edərək, dini inanclarına görə insanlara, müqəddəs kitablara və dini yerlərə qarşı hər cür zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR