Melli İran Bankının Bakı filialı aktivlərini 53 % artırıb

Melli İran Bankının Bakı filialı aktivlərini 53 % artırıb
# 31 avqust 2009 15:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankının Bakı filialının aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 31,754 mln. manat təşkil edir ki, bu da ötən ilin iyulun 1-nə olan analoji göstəricidən 53,1 % çoxdur.

Bankın Bakı filialından “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,2 dəfə artaraq 18,738 mln. manat, kredit portfeli 11,7 % azalaraq 5,570 mln. manat, o cümlədən, istehlak kreditlərinin həcmi 2,571 mln. manat olub. Həmçinin, bankın məcmu kapitalı 7,6 % azalaraq 11,971 mln. manat, o cümlədən, nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 2,9 dəfə artaraq 4,367 mln. manat, xərcləri isə 7,2 dəfə artaraq 3,945 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 55,7 % azalaraq 422 min manat olub. Bu müddət ərzində bankın işçilərinin sayı 9,5 % artaraq 23 nəfər təşkil edib.

Xatırladaq ki, Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR