Bank Of Baku

Azərbaycanın Lerik rayonunda güclü qasırğa olub

Azərbaycanın Lerik rayonunda güclü qasırğa olub
# 10 noyabr 2011 11:05 (UTC +04:00)
APA-nın cənub bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, güclü qarın vurduğu ziyanı hələ tam aradan qaldırmamış, qasırğa yeni fəsadlar törədib. Əhaliyə məxsus tikililərin dam örtüklərinin uçduğu, elektrik təsərrüfatının, rabitə xətlərinin yarasız vəziyyətə düşdüyü bildirilib. Hazırda rayon mərkəzi istisna olmaqla, bütün yaşayış məntəqələri işıqsız qalıb. Kəndlərlə də rabitə əlaqəsi kəsilib. Qasırğa qarı yollara səpdiyindən maşınların hərəkəti məhdudlaşıb. Lerik Rayon Hidrometeoroloji Stansiyasından bildirilib ki, qasırğa rayonun ucqar Rvarud, Kələxan, Kəlvəz və digər kəndlərində daha güclü olub.
Rayonun Şivlə kənd sakinləri APA-ya bildiriblər ki, əriyən qar suları dağətəyi torpaq sahələrində əkilmiş taxıl zəmilərini yuyub aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR