Misirin Süveyş şəhərinə qoşun yeridilib

Misirin Süveyş şəhərinə qoşun yeridilib
# 26 yanvar 2013 03:53 (UTC +04:00)

Bakı-APA. Misir hakimiyyəti polislə nümayişçilər arasında şiddətli toqquşmaların baş verdiyi Süveyş şəhərinə qoşun yeridib. APA-nın xəbərinə görə, bu barədə Reyter agentliyinə yerli təhlükəsizlik xidmətinin başçısı Adil Rəfat məlumat verib.

APA-nın məlumatına görə, bu şəhərdə radikal gənclərlə polis arasında baş vermiş qarşıdurmada 7 nəfər həlak olub, 252 nəfər isə yaralanıb.

Adil Rəfatın sözlərinə əsasən, Süveyşdə hadisələr sakitləşənədək Misirin 3-cü ordusu şəhərdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR