İran ABŞ-dan BMT-yə şikayət edəcək

İran ABŞ-dan BMT-yə şikayət edəcək
# 14 aprel 2014 08:09 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran ABŞ-dan BMT-yə şikayət edəcək. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm deyib. O bildirib ki, buna səbəb ABŞ-ın İranın BMT-dəki daimi nümayəndəliyinin yeni rəhbərinə viza verməkdən imtina etməsidir: “Bu məsələnin həlli üçün rəsmi mexanizmlər mövcuddur və biz də buna əl atacağıq”.

Qeyd edək ki, H. Əbutalıbi İran prezidentinin sərəncamı ilə ölkənin BMT-dəki daimi nümayəndəsi təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H. Əbutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin ələ keçirilməsi və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ancaq H. Əbutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR