DİN-də keçirilən kollegiyada yol hərəkəti qaydaları ilə bağlı məsələ müzakirə olunub

DİN-də keçirilən kollegiyada yol hərəkəti qaydaları ilə bağlı məsələ  müzakirə olunub
# 02 may 2014 15:30 (UTC +04:00)

APA-nın məlumatına görə, kollegiya iclasında çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov yol hərəkəti təhlükəsizliyinin təminini insanların həyatının, sağlamlığının və mülkiyyətinin qorunması sahəsində çox vacib funksiyalardan biri olmaqla ictimai qaydanın qorunmasında ən mühüm istiqamətlərdən biri adlandırıb və dövlət yol polisinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ümumilikdə məsuliyyətlə gəldiyini, vətəndaşlarla ən çox təmasda olan xidmət kimi onun gündəlik fəaliyyətindən polisin imicinin xeyli dərəcədə asılı olduğunu diqqətə çatdırıb, görülmüş müsbət işlərlə yanaşı, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək onların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib ki, son 5 ildə respublikaya 417 mindən çox avtomobil gətirilib. Hazırda ölkə üzrə orta hesabla hər 8 nəfərə bir avtomobil düşür və qeydiyyatda olan nəqliyyat vasitələrinin ümumi sayı 1 245 000-ni ötüb.

R. Zeynalov həmçinin qeyd edib ki, son 5 ildə 40 mindən çox avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanaraq hüquqi və fiziki şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. O, bildirib ki, Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində başlıca amillərdən olan sürücülərin və hərəkətin digər iştirakçılarının intizamının gücləndirilməsi üzrə profilaktik tədbirlərlə təkcə 2013-cü ildə 1 429 781, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 10 424, sürət həddinin aşılması üzrə 299 368, ötmə qaydalarının pozulması ilə əlaqədar 28 699, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 4 727 inzibati xəta müəyyən olunub, 100 mindən çox piyada barəsində protokol tərtib edilib.

Avtoxuliqanlıq etdiyinə görə 703 sürücü, şüşələrinə plyonka və örtüklər çəkilmiş 11 578 avtomobil aşkarlanıb, 2 636 şəxsin sürücülük hüququ məhdudlaşdırılıb. Aşkarlanmış qayda pozuntularının sayı əvvəlki illə müqayisədə 408 659 fakt çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR