AMEA-da Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Komissiyanın tərkibi təsdiq olunub

AMEA-da Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Komissiyanın tərkibi təsdiq olunub
# 15 iyul 2015 13:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icra vəziyyəti haqqında məlumat verib.

Sərəncamın icra istiqamətində fəaliyyəti gücləndirmək məqsədilə AMEA Rəyasət Heyətinin qərarını diqqətə çatdırıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Komissiya və onun tərkibi təsdiq olunub.

Komissiyanın sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, sədr müavinləri Dövlət müşaviri, akademik Kamal Abdullayev və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təsdiq olunub.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzv Möhsün Nağısoylu, filologiya üzrə elmlər doktoru Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Komissiyanın üzvü seçiliblər.

Qərara əsasən Dövlət Proqramının icrası istiqamətində fəaliyyət qənaətbəxş hesab edilib.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib.

Daha sonra akademik Kamal Abdullayevin AMEA-nın Humanitar Elmlər Bölməsinin Büro üzvlüyünə daxil edilməsi haqqında qərar müzakirə olunaraq qəbul olunub. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR