Azərbaycanın Dubaydakı baş konsulu Dubay Məhkəmələrinin baş direktoru ilə görüşüb - FOTO

Azərbaycanın Dubaydakı baş konsulu Dubay Məhkəmələrinin baş direktoru ilə görüşüb - <span style="color: red;">FOTO
# 12 may 2014 16:28 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə Dubay Məhkəmələrinin baş direktoru Tariş Eyd əl-Mansuri ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Tariş Eyd əl-Mansuriyə Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında ətraflı məlumat verilib.

Azərbaycan Respublikası ilə BƏƏ arasında dini, tarixi və mədəni köklərə söykənən əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunub, Azərbaycanla Dubay arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verildiyi vurğulanıb.

P.İsmayılzadə həmsöhbətinə Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır fəsadları haqda ətraflı məlumat verib, beynəlxalq qurumlar tərəfindən ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən qərar və qətnamələrin qəbul olunduğunu qeyd edib.

Tariş Eyd əl-Mansuri ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyinə ümid etdiyini və bu istiqamətdə bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib. Həmçinin qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin ölkələr arasında əlaqələrin möhkəmlənməsində, əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rola malik olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR