Elman Abdullayev: “Beynəlxalq ictimaiyyət Ermənistanda baş verən siyasi sui-qəsdlərə susqunluq nümayiş etdirir”

Elman Abdullayev: “Beynəlxalq ictimaiyyət Ermənistanda baş verən siyasi sui-qəsdlərə susqunluq nümayiş etdirir”
# 12 fevral 2013 13:08 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.

Beynəlxalq ictimaiyyətin Ermənistanda və bəzi ölkələrdə baş verən siyasi sui-qəsdlərə qarşı susqunluq nümayiş etdirdiklərini deyən E. Abdullayevin sözlərinə görə, AB rəsmiləri Azərbaycanda isə istintaqın gedişinə təzyiq göstərməyə çalışırlar: “Bununla bağlı qeyri-obyektiv və ədalətsiz mövqeyinin nümayiş etdirilməsi müşahidə olunur. Biz Xarici İşlər Nazirliyi olaraq bəyanatlarımızda da xüsusi olaraq vurğulayırdıq ki, Avropa Birliyinin yüksək vəzifəli şəxsləri qonşu ölkələrdə və Ermənistanda siyasi sui-qəsdlər baş verərkən, prezidentliyə namizədlər güllələnərkən susurlar. Həmin Avropa Birliyinin rəsmiləri ölkəmizdə isə istintaqın gedişinə, istintaq prosesinə müdaxilə cəhdləri nümayiş etdirirlər. Təbii ki, bu Azərbaycan üçün təəccübləndirici və birmənalı şəkildə qəbuledilməz bir addımdır. Avropada yaşayan və oranı demokratiya və insan hüquqlarının beşiyi adlandıranlar çox yaxşı bilməlidirlər ki, istintaqın gedişinə təzyiq etmək olmaz, məhkəmələrin işinə müdaxilə etmək olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR