İranda bir qrup islahatçı Məhəmməd Xatəmini prezident seçkilərində namizəd olmağa çağırıb

İranda bir qrup islahatçı Məhəmməd Xatəmini prezident seçkilərində namizəd olmağa çağırıb
# 17 mart 2013 03:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda islahatçı qanada mənsub olan 91 nəfər tanınmış şəxs ölkənin sabiq prezidenti Məhəmməd Xatəmiyə müraciət ediblər. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, həmin şəxslərin adları açıqlanmasa da, ancaq onların vaxtilə ölkədə mühüm vəzifələrdə çalışdığı, xüsusilə keçmiş nazirlər, millət vəkilləri olduğu bildirilir. Xəbərdə bildirilir ki, həmin şəxslər M. Xatəmidən bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində namizəd olmasını istəyiblər. Onlar İranı indiki durumdan yalnız sabiq prezidentin çıxara biləcəyini hesab edirlər.

Qeyd edək ki, bundan əvvəl də 18 partiya və təşkilatı özündə birləşdirən İslahatçılar Cəbhəsi və 16 partiya və təşkilatın birləşdiyi Mötədillər Cəbhəsi öz aralarında razılığa gələrək M. Xatəminin prezidentliyə vahid namizədliyini irəli sürüblər. Sabiq preziden isə islahatçıların kollektiv şəkildə qəbul etdiyi qərara tabe olacağını bildiririb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR