Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
# 04 aprel 2013 06:37 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx və Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Şirvanlı, Qaraqaşlı və Cəvahirli, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR