Məşhur türk aktyoru Gürcüstanda leykemiya xəstələrinə baş çəkib

Məşhur türk aktyoru Gürcüstanda leykemiya xəstələrinə baş çəkib
# 28 aprel 2014 20:12 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, məşhur aktyor Dmitri Sinsadze Fondunun təşkilatçılığı ilə “Tbilisi Mariot” mehmanxanasında keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında Gürcüstana səfərində leykemiya xəstəliyinə tutulan uşaqlara baş çəkməyə gəldiyini bildirib: “Bu ölkə mənim üçün yad deyil. Mən bundan sonra da Gürcüstana tez-tez gələcək və xəstə uşaqlara yardım edəcəyəm. Mən leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım üçün fəaliyyət göstərən fondlarla əməkdaşlıq etməyə hazıram.”

Qeyd edək ki, bu gün türk aktyoru Murad İldırım günortadan sonra Tiflisdəki İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında müalicə alan leykemiya xəstələrinə baş çəkib. Sabah məşhur aktyor vətəninə qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR