Türkiyədə baş verən ağır yol qəzası nəticəsində 14 nəfər ölüb, 26 nəfər xəsarət alıb - YENİLƏNİB-1

Türkiyədə baş verən ağır yol qəzası nəticəsində 14 nəfər ölüb, 26 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB-1
# 06 iyun 2016 01:06 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Osmaniyə şəhərində şagird və valideynləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb.


APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 26 nəfər xəsarət alıb.


Dəqiqləşdirilmiş məlumata əsasən, qəzada 6 məktəbli, 3 qız və 3 oğlan ölüb. Avtobusun sürücüsü daxil olmaqla, daha 7 nəfərin öldüyü də təsdiqlənib. Qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.


Hadisə ilə əlaqədar istintaq davam etdirilir.


***

23:45

Bakı-APA. Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, məktəblilərin ikisi xəstəxanaya çatdırıldıqdan sonra həyatlarını itiriblər.


Bildirilir ki, hadisə nəticəsində çox sayda yaralanan var. İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

***

22:41

Bakı-APA. Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobus su kanalına düşüb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb.

Avtobusda 30-dan çox şagirdin olduğu bildirilir. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Ölənlərin sayının artma ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR