Malidə gəmi batıb, azı 20 nəfər ölüb

Malidə gəmi batıb, azı 20 nəfər ölüb
# 12 oktyabr 2013 19:54 (UTC +04:00)

Bakı-APA. Malidə çayda göyərtəsində yüzlərlə sərnişinin olduğu gəmi batıb. Hazırda 20 nəfərin cəsədi tapılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Kona şəhərindən 7 km aralıda baş verib.

Məlumata görə, Mopti şəhərindən Timbuktu şəhərinə üzən gəmidə 400-dək sərnişin olub.

200-dək insanın xilas olduğu bildirilir. Onlarla insan itkin düşmüş hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR