Gürcüstanda keçmiş qubernator maliyyə fırıldaqlarına görə həbs olunub

Gürcüstanda keçmiş qubernator maliyyə fırıldaqlarına görə həbs olunub
# 25 yanvar 2013 04:51 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın Mtsxeta-Tianeti (Şərqi Gürcüstan) regionunun keçmiş qubernatoru Sezar Çoçeli maliyyə fırıldaqlarına yol verdiyinə görə Maliyyə nazirliyi tərəfindən həbs olunub.

“İstintaq işi Cinayət məcəlləsinin 337-ci (“Sahibkarlıq fəaliyyətində qanunsuz iştirak”) və 194-cü (“Qanunsuz gəlirlərin leqallaşdırılması”) maddələri üzrə aparılır, bu maddələr 12 ilədək həbs cəzası nəzərdə tutur”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Maliyyə nazirliyinin nümayəndələri Tiflisdə keçirilmiş mətbuat-konfransında bildiriblər.

Qeyd edək ki, rəsmi ittiham Çoçeliyə yanvarın 25-də təqdim olunacaq.

Xatırladaq ki, Sezar Çoçeli 2008-ci ilin fevralından Gürcüstan prezidenti Mixail Saakaşvilinin müvəkkili, Mtsxeta-Tianeti regionunun qubernatoru olub. O tutduğu vəzifədən 2012-ci ilin noyabrın 24-də istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR