Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 27 dekabr 2012 10:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək, havanın temperaturu gecə 2-4, gündüz 7-11 dərəcə isti təşkil edəcək.


Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, bəzi yerlərdə 12 dərəcəyədək şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacaq.

Dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında nisbətən sabit hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR