Gürcüstan prezidenti: “Gürcüstanın AB-yə inteqrasiyası Rusiyanın maraqlarına qarşı yönəlməyib”

Gürcüstan prezidenti: “Gürcüstanın AB-yə inteqrasiyası Rusiyanın maraqlarına qarşı yönəlməyib”
# 04 dekabr 2013 02:47 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Georgi Maqrvelaşvili “Rustavi-2” telekanalına müsahibəsində bəyan edib. O qeyd edib ki, “Gürcüstanın AB-yə inteqrasiyasını Avropa və Rusiyanın yarışması kimi qəbul etmək lazımdır”.

Onun sözlərinə görə, “AB-yə inteqrasiya - əhalinin böyük hissəsinin və ictimai-siyasi spektrinin seçimidir”. Bununla belə, Maqrvelaşvili qeyd edib ki, “Gürcüstan Rusiya ilə münasibətlərin normallaşmasında maraqlıdır və bu mürəkkəb məqsədə nail olmaq üçün Rusiya ilə dialoqu davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR