Köln klubu Azərbaycan millisinin məşqçisinə təklif göndərib

Köln klubu Azərbaycan millisinin məşqçisinə təklif göndərib
# 31 yanvar 2013 11:28 (UTC +04:00)

Bakı-APA. Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen yığmamızı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqtsun köməkçisi vətənindən təklif alıb.

Belə ki, Regionalliqada çıxış edən Köln “Viktoriya”sı Yansenə baş məşqçi postuna dəvət edib. Çalışdırıcısı Volfqanq Yeratı istefaya göndərən kölnlülər 3 mütəxəssisə “elçi” düşüb. Onlardan da biri Yansendir. Ralf Aussem və Cino Lettyeri ilə də danışıqlar aparan Almaniya təmsilçisi yaxın günlərdə seçimini edəcək.

Qeyd edək ki, Yansen 2008-ci ilin payızından millimizdə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR