Paşha Bank
Bank Of Baku

8 Noyabr prospekti istiqamətində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB 2

8 Noyabr prospekti istiqamətində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB 2
# 01 oktyabr 2026 07:59 (UTC +04:00)

Paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

***

23:59

Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “KamAZ” markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb.

Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hadisə səbəbindən Zığ şosesində hərəkət məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

23:10

Qəza səbəbilə Zığ şosesi-8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbilə yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR