Şirvanda baş verən avtoqəzada iki nəfər ağır yaralanıb - VİDEO

Şirvanda baş verən avtoqəzada iki nəfər ağır yaralanıb - <span style="color: red;">VİDEO
# 12 iyul 2014 15:43 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda baş verən avtoqəzada sürücülər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 17.00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində avtoqəza baş verib.

Ötmə əməliyyatı zamanı Şirvan sakini, 1990-cı il təvəllüdlü Mənsimov Əlikram Əlisahib oğlu idarə etdiyi “LADA Priora” markalı 90 CU 115 dövlət nömrə nişanlı avtomobillə qarşıdan gələn Şirvan sakini, 1976-cı il təvəllüdlü Qocayev Elnur Qurban oğlunun idarə etdiyi “VAZ-2106” markalı 90 AB 512 dövlət nömrə nişanlı avtomobilin yoluna çıxaraq qəza törədib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR