Türkiyə səfiri: “Bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq”

Türkiyə səfiri: “Bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq”
# 14 may 2015 08:26 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi sahədə də sıx əməkdaşlıq edir: “Artıq neçə ildir ki, biz bu cür hərbi təlimlər keçiririk. Əsas məqsəd bu sahənin Azərbaycanda inkişafına xidmət etməkdir. Biz bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq. Əməkdaşlığımız da məhz bu məqsədlərə xidmət edir. Türkiyə ordusu NATO-da güclü ordulardan biridir. Bu baxımdan qardaş Azərbaycana hərbi sahədə öz töhfəmizi vermək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR