Azərbaycanda daha 200 əlilə avtomobil verilib - FOTO

Azərbaycanda daha 200 əlilə avtomobil verilib - <span style="color: red;">FOTO
# 20 iyun 2014 09:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva-APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu gün bu ilin əvvəlinədək növbədə dayanan, müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə “Naz-Lifan” markalı minik avtomobillərini təqdim edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 154 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 46 nəfəri isə Çernobıl AES əlilləridir.

Avtomobillərin təqdim olunması zamanı qeyd olunub ki, dövlət başçısının 17 mart 2014-cü il tarixli fərmanı ilə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan prezident təqaüdlərinin orta aylıq məbləği 50%-dək artırılıb. Son bir ildə isə həmin təqaüdlərin orta aylıq məbləğində 68% artım özünü göstərib. Eyni zamanda, həmin şəxslərin xüsusi nəqliyyatla təminatında mühüm addımlar atılır. Belə ki, bu ilin aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR