Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunub

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunub
# 23 dekabr 2013 09:47 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-180, Kiçik Qafqazın çaylarında 110-170, Lənkəran-Astara bölgəsi çaylarında 70-90, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s, ongünlük normanın 83 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir.


Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan və Bankə məntəqəsində 5 sm artım, Surrada 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma müşahidə olunmuş, Şirvanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 446 sm, Şirvanda 322 sm, Salyanda 290 sm, Bankədə 244 sm, Araz çayının Novruzlu məntəqəsində isə 193 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR