Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti iranlı həmkarına başsağlığı verib
# 11 sentyabr 2013 13:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir: “Tehran-Qum yolunda baş vermiş ağır nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Qeyd edək ki, sentyabrın 9-da Tehran-Qum magistralının 28-ci kilometrliyində iki avtobusun toqquşması nəticəsində 43-ü nəfər ölüb, 44-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR