Bakıda yük maşını körpüdən aşıb, yaralanan var - FOTO - VİDEO

Bakıda yük maşını körpüdən aşıb, yaralanan var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 noyabr 2013 21:27 (UTC +04:00)

Sabunçu Rayon Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisəyə səbəb sürücünün sərxoş halda avtomaşını idarə etməsi olub. İdarəetməni itirən sürücü maşını əvvəlcə körpü üzərindəki elektrik dirəklərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb.

Avtomaşının yanacağı asfalta dağılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yola dağılan yanacaq yuyularaq təmizlənib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR